Məşhur fransız aktyoru vəfat etdi

Məşhur fransız aktyoru Mişel Pikkoli vəfat edib.

Aktyor 94 yaşında insultdan dünyasını dəyişib. Bu barədə mətbuata onun ailə üzvləri və yaxınları xəbər veriblər.

Bir çox məşhur rejissorlarla işləyən aktyor əsasən rejissor Jan Lyuk Qodarın 1963-cü ildə ekranlaşdırdığı “Nifrət” filmi ilə məşhurluq qazanıb.

Aktyor dəfələrlə “Qızıl Şir”, “Qızıl ayı” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.