Kann kinofestivalının proqramı elan olundu

Koronovirus pandemiyası səbəbindən təxirə salınmış Kann festivalı müsabiqəyə daxil edilmiş filmlərin adlarını açıqlayıb. Bu filmlər “Cannes 2020” markası ilə payız festivallarında nümayiş olunacaq.

Seçilmiş filmlərin arasında Ues Andersonun “Fransız dispetçeri”, Fransua Ozonun “85-ci ilin yayı”, Naomi Kavasenin “Əsl analar”, En San Xonun “Pusan qatarı 2 : Yarımada”, Pit Dokterin “Qəlb” animasiya filmi və digərləri yer almışdır.

Müsabiqənin 56 filmdən ibarət tam siyahısını aşağıdakı linkdən izləyə bilərsiz:

https://www.festival-cannes.com/en/infos-communiques/communique/articles/the-films-of-the-official-selection-2020

Festivalın idarə heyəti bu ilki rəsmi statistika ilə bağlı da açıqlama yayıb. Ümumiyyətlə festivala 2067 film göndərilib ki, onlardan da 909-u debüt filmi olub. Xanım kinematoqrafçılar festivala  532 film təqdim edib onlardan 16-sı müsabiqəyə daxil edilib.Britaniyalı kinorejissor Stiv Makkuin müsabiqədə iki filmi ilə təmsil olunur: “Manqrov ağacı” və “Aşiqlər qayası”.

Nəzərinizə çatdırırıq ki, Kann festivalı cari ilin may ayının 12-si 23 -ü tarixlərində keçrilməli idi.Seçilmiş filmlər isə Toronto, Dovil, Anqulem, San- Sebastyan, Nyu- York , Pusan və Lion şəhərlərində nümayiş olunacaq.

04.06.2020