HƏSƏN SEYİDBƏYLİNİN 100-İLLİYİNƏ HƏSR OLUNMUŞ MÜSABİQƏ

Həsən Seyidbəylinin 100-illiyi ilə əlaqədar sənətkarın həyat və yaradıcılığına həsr olunmuş təbliğat xarakterli treyler formasında qısa film müsabiqəsi start götürüb. Müsabiqə Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020 tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Kino Akademiyası, Professional Kinorejissorlar Gildiyası, “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilir.

Xatırladaq ki, müsabiqəyə audiovizual müəlliflər, tələbələr və həvəskarlar dəvət olunur. Kinorejissorun həyat və yaradıcılığına həsr olunmuş təbliğat xarakterli treyler formasında qısa film müsabiqəsinin şərtləri:

İştirakçılar – peşəkarlar, tələbələr və həvəskarlar;

Vaxt: 1 dəq. maks. 2 dəq.

Formatı: HD və ya AVİ

Səs: (musiqi və dialoq) sənətkarın filmlərindən

Təsvir: sənətkarın filmləri, xronikası, fotoları və arxivi

Son qəbul tarixi: 01 dekabr 2020

Mükafatlar:

1-ci yer-500 m

2-ci yer-300 m

3-cü yer: 200 m

Xatırladaq ki, qaliblərin müəyyənləşdirilməsi videoçarxlar, sosial şəbəkələrdə (Facebook, və YouTube) yerləşdirilərək baxış sayına və xüsusi komissiyanın rəyinə əsasən həyata keçiriləcək.

Müsabiqə iştirakçılarının nəzərinə! Müsabiqə ilə bağlı Həsən Seyidbəylinin filmlərini, fotolarını, xronikasını və digər arxiv materialarını Kinorejissorlar Gildiyasından (Fəridə xanım – 431-77-31) və ya “Azərbaycanfilm” kinostudiyasından (Mehman bəy – 0503576833) əldə edə bilərsiniz.

28.09.2020