Dövlət Film Fondundan Milli Ordmuza dəstək!

Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra şəhərlərimiz və kəndlərimiz azad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.

Bu şanlı tariximizin yazıldığı bir vaxtda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Dövlət Film Fondu vətənpərvərlik prinsiplərinə sadiq qalaraq  Milli Ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 6860(Altı min səkkiz yüz altmış) manat məbləğində vəsait ianə etmişdir.

Qarabağ Azərbaycandır!

27.10.2020