Kann Festivalı koronavirusa görə təxirə salınıb

20.03.2020

73-cü Kann Festivalı bu il iyunun sonunda və ya iyulun əvvəlində keçirilə bilər. Kann Festivalının təşkilatçıları koronavirus epidemiyasına görə festivalın may ayının 12-dən 23-dək baş tutmayacağını bildiriblər.

“Optimizmi saxlayır və ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi martın sonuna təsadüf edəcək. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə festival ləğv olunacaq”,-deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.