1941-1945-Cİ İLLƏR AZƏRBAYCAN KİNOSUNDA

Bu il Böyük Vətən Müharibəsinin faşizm üzərində qələbəsinin 75 ili tamam olur. SSRİ-nin tərkibində olan, 15 qardaş respublika ilə hərbi döyüşlərdə iştirak edən, istər ön cəbhədə, istərsə də arxa cəbhədə müharibə ağrı-acısını hiss edən bir ölkənin bu qələbədə payı böyükdür.

TARİXİ FAKT: Azərbaycan Qızıl Ordunun Böyük Vətən Müharibəsində qələbəsində neft və neft məhsulları tədarükü ilə böyük rol oynayıb.Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan göndərib. Böyük Vətən Müharibəsində Azərbaycanın 600 mindən çox nümayəndəsi iştirak edib və onlardan 300 mini həlak olub. Sovet İttifaqı Qəhrəmanlarından 120-dən çoxu Azərbaycandan gələnlərdir.

Azərbaycan kinosu müharibə mövzusuna nə dərəcədə müraciət etdi, qəhrəman oğullarını  bu mövzuda necə təqdim etdi və Moskvanın bu vəziyyətə münasibəti necə oldu, bir sözlə, mövzumuz, Azərbaycan kinosunda müharibədir.

1941-1945-ci illər

SSRİ kim nə­həng bir im­pe­ri­ya­nın tər­ki­bin­də olan Azər­bay­can Al­ma­ni­ya­nın So­vet­lər öl­kə­si­nə olan tə­ca­vü­zü­nə bi­ga­nə ya­na­şa bil­məz­di. Ən azın­dan ona gö­rə ki, SSRİ-nin tər­ki­bin­də 15 res­pub­li­ka ki­mi Azər­bay­can da mü­ha­ri­bə­nin da­vam et­di­yi il­lər ər­zin­də rus­lar­la bir­gə ön cəb­hə­də vu­ruş­muş(­təx­mi­nən 600 min nə­fər azər­bay­can­lı Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı ol­muş­dur), yüz­lər­lə qur­ban ver­miş­dir.

Mü­ha­ri­bə­nin qız­ğın bir ça­ğın­da mü­ha­ri­bə möv­zu­su­na aid hər han­sı bir film çək­mək tə­bii ki, yer­siz he­sab olu­na bi­lər­di. Çün­ki mü­ha­ri­bə bit­mə­dən, nə­ti­cə mə­lum ol­ma­dan ona ob­yek­tiv qiy­mət ver­mək müm­kün de­yil­di. An­caq be­lə bir vaxt­da Azər­bay­can ki­no­su-“Ar­şın mal alan” ad­lı sə­nət nü­mu­nə­si ya­ra­dır­lar. Fil­min çə­ki­li­şin­dən tut­muş son təh­vil ve­ril­mə mə­qa­mı­na qə­dər Mosk­va bu işə eti­raz edir, hət­ta re­jis­so­ra xi­ta­bən “ca­ma­at nə hay­da, siz nə hay­da” de­yir­lər. Xa­tır­la­daq ki, fil­min çə­ki­liş­lə­ri Bö­yük Və­tən Mü­ha­ri­bə­si­nin ən qay­nar ça­ğı­na, 1945-ci ilə tə­sa­düf edib. “Ar­şın mal alan”ın mü­ha­ri­bə ilə heç bir əla­qə­si ol­ma­sa da za­ma­nın­da çə­kil­di.

Mü­ha­ri­bə möv­zu­su­na mü­ra­ci­ət et­mək is­təyənlərə qadağa

1945-ci ilin qə­lə­bə­sin­dən son­ra mü­ha­ri­bə möv­zu­su öz ak­tu­al­lı­ğı­nı gün­dəm­də uzun il­lər qo­ru­yub sax­la­dı. İs­tər “Mos­film”, is­tər­sə də “Azər­bay­can­film” son il­lə­rə qə­dər mü­ha­ri­bə möv­zu­sun­da film­lər çək­mək­də idi. Tə­sa­dü­fi de­yil ki, Qa­ra­bağ ha­di­sə­lə­ri baş­la­dıq­dan son­ra be­lə Bö­yük Və­tən Mü­ha­ri­bə­si­nə aid film çə­kən re­jis­sor­la­rı­mız olub. Ra­sim Oca­qo­vun 1989-cu il­də qu­ru­luş ver­di­yi “Öl­səm, ba­ğış­la”, fil­mi bu­na can­lı mi­sal­dır.

Qeyd edək ki, Azər­bay­can ki­ne­ma­toq­raf­çı­la­rı də­fə­lər­lə mü­ha­ri­bə möv­zu­su­na mü­ra­ci­ət et­mək is­tə­sə­lər də güc­lü bir əl dai­ma bu­na ma­ne olub. Sə­bəb ola­raq isə onu gös­tə­rib­lər ki, əgər Azər­bay­ca­nın əra­zi­sin­də dö­yüş ol­ma­yıb­sa, on­da siz­lər han­sı qəh­rə­man­lı­ğı ek­ra­na gə­ti­rə­cək­si­niz. O dövr­də on­la­rın bu fik­ri­nə qar­şı çıx­maq hər han­sı bir ki­ne­ma­toq­raf­çı­nın öz se­vim­li sə­nə­tin­dən ay­rı düş­mə­si­nə gə­ti­rib çı­xa­ra bi­lər­di.

Bir mə­qa­mı da unut­ma­ma­lı­yıq ki, Mosk­va­nın biz­lə­rə qar­şı olan təz­yiq­lə­ri məhz özü­mü­zün­kü­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lib. O dövr­də Azər­bay­can ki­no­su­na rəh­bər­lik edən bə­zi şəxs­lər haq­qı na­haq­dan ayır­maq­dan­sa, üs­tün­lü­yü Mosk­va­nın is­tək­lə­ri ilə ra­zı­laş­ma­ğa ve­rib­lər. Bü­tün bun­lar­dan do­ğan in­tri­qa ona gə­ti­rib çı­xa­rıb ki, Azər­bay­can ki­no­su dai­ma zər­bə­lə­rə mə­ruz qa­lıb. Yə­ni, şəx­si mü­na­si­bət­lər­dən ya­ra­nan zər­bə ki­no­mu­za öz mən­fi tə­si­ri­ni gös­tə­rib.

“Uzaq sa­hil­lər­də” fil­mi­ cə­sa­rətli addım kimi

1958-ci ildə To­fiq Ta­ğı­za­də Bö­yük Və­tən Mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı, əvəz­siz qəh­rə­man­lıq­lar gös­tər­miş Meh­di Hü­seyn­za­də­nin dö­yüş yo­lun­dan bəhs edən “Uzaq sa­hil­lər­də” fil­mi­ni çək­mək­lə cə­sa­rət nü­ma­yiş et­dirir. Film Meh­di Hü­seyn­za­də­nin II Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də İta­li­ya və Yu­qos­la­vi­ya­da fa­şist iş­ğal­çı­la­rı­na qar­şı apar­dı­ğı mü­ba­ri­zə­yə həsr edil­miş­dir.

Yeri gəlmişkən, Meh­di Hü­seyn­za­də­nin So­vet İt­ti­fa­qı qəh­rə­ma­nı adı­na la­yiq gö­rül­mə­si, onun dö­yüş­lər­də gös­tər­di­yi mərd key­fiy­yət­lə­rin, kəş­fiy­yat­çı ki­mi fəa­liy­yə­ti­nin qa­bar­dıl­ma­sı, fakt­la­ra əsas­la­na­raq haq­qın­da sse­na­ri ya­zıl­ma­sı(­hət­ta ilk sse­na­ri qə­na­ət­bəxş ol­ma­dı­ğı üçün, ikin­ci də­fə sse­na­ri İm­ran Qa­sı­mov­la, Hə­sən Se­yid­bəy­li tə­rə­fin­dən qə­lə­mə alın­mış­dır), ey­ni za­man­da isə hə­min sse­na­ri­nin ek­ran va­ri­an­tı­nın ya­ra­dıl­ma­sın­da ulu öndər Hey­dər Əli­ye­vin ro­lu əvəz­siz­dir.

1958-ci il – “Onun böyük ürəyi”

Hə­min il­də sse­na­ri­si ye­nə də İm­ran Qa­sı­mo­va, re­jis­sor işi Əj­dər İb­ra­hi­mo­va aid olan “Onun bö­yük ürə­yi” fil­mi də is­teh­sa­la­ta bu­ra­xı­lır. “Uzaq sa­hil­lər­də” fil­min­dən fərq­li ola­raq “Onun bö­yük ürə­yi” fil­mi­nin yal­nız bir ne­çə epi­zod­la­rın­da ar­xa cəb­hə­də baş ve­rən­lər re­al fakt­la­ra əsas­lan­ma­sa da mü­əy­yən mə­na­da ek­ra­na gə­ti­ri­lir. Ümu­miy­yət­lə isə fil­min sü­jet xət­ti mü­ha­ri­bə­dən əv­vəl­ki, mü­ha­ri­bə­nin baş­la­dı­ğı və on­dan son­ra­kı il­lər üzə­rin­də qu­ru­lub.

1959-cu il – “Onu bağışlamaq olarmı”

Bir il sonra Rza Təh­ma­si­bin qu­ru­lu­şun­da (s­se­na­ri­si Məm­məd­hü­seyn Təh­ma­si­bə aid­dir) len­tə alı­nan “Onu ba­ğış­la­maq olar­mı” fil­mi de­tek­tiv janr­lı­dır, bu­ra­da da qəh­rə­ma­nın han­sı şə­ra­it­də ai­lə­sin­dən ay­rı düş­dü­yü epi­zod­da mü­ha­ri­bə səh­nə­lə­ri­ni can­lan­dı­ran bir ne­çə səh­nə­lər sa­lı­nıb.

1961-ci il – “Bizim küçə”

“Bi­zim kü­çə” fil­min­də isə mü­ha­ri­bə döv­rün­də it­kin düş­müş bir qı­zın ta­le­yin­dən söh­bət açı­lır. Re­jis­sor işi Əli­sət­tar Ata­ki­şi­ye­və aid olan fil­min sse­na­ri­si­ni İm­ran Qa­sı­mov qə­lə­mə al­mış­dır. Sse­na­ri­yə əsa­sən film­də yal­nız bir ne­çə epi­zod­da – az yaş­lı Sa­ra­nın part­la­yış nə­ti­cə­sin­də ana­sın­dan ay­rı düş­mə­si və son­ra­kı pro­ses­lər­də Mi­xay­lo tə­rə­fin­dən qo­ru­na­raq azər­bay­can­lı­la­rın ya­nı­na apa­rıl­ma­sı ki­mi kadr­lar­da mü­ha­ri­bə­dən bəhs olun­du­ğu ay­dın şə­kil­də hiss olu­nur.

1968-ci və 1969-cu il­lər­

Məhz bu illərdə mü­ha­ri­bə döv­rü­nü özün­də əks et­di­rən bir ne­çə film çə­kil­di. Ön­cə 1968-ci il­də len­tə alı­nan “Mən ki, gö­zəl de­yil­dim” fil­min­dən bəhs et­mək ye­ri­nə dü­şər­di.

1966-cı il…

“Azər­bay­can­film”in direktor vəzifəsinə yenicə təyin  olunmuş Adil İs­gən­də­ro­vun tə­şəb­bü­sü ilə Bay­ram Bay­ra­mo­vun mü­ha­ri­bə möv­zu­sun­da qə­lə­mə al­dı­ğı ədə­bi sse­na­ri­ni ilin pla­nı­na sa­lır. Ədə­bi ma­te­ria­lın re­jis­sor işi Ra­miz Əs­gə­ro­va hə­va­lə edi­lir. Sse­na­ri­yə əsa­sən ha­di­sə­lər əsa­sən mü­ha­ri­bə səh­nə­lə­ri, xü­su­sən Ros­tov uğ­run­da ge­dən dö­yüş­lər üzə­rin­də qu­rul­ma­lı idi, bax­ma­ya­raq ki, söh­bət ar­xa cəb­hə­dən ge­dir­di. An­caq pi­ro­tex­nik­lə­rin çox bö­yük səh­vi uc­ba­tın­dan mü­ha­ri­bə səh­nə­lə­ri çə­ki­lər­kən part­la­yış baş ver­miş, nə­ti­cə­də də çə­ki­liş qru­pu­nun ol­du­ğu qa­yıq part­la­mış­dı. Ra­miz Əs­gə­rov da baş­da ol­maq­la 4 nə­fə­rin hə­la­kı, bir ne­çə nə­fə­rin isə ya­ra­lan­ma­sı nə­in­ki “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sı­nın, elə­cə də bü­tün Azər­bay­can xal­qı­nın fa­ciə­si idi. An­caq hə­yat da­vam edir­di və pla­na sa­lı­nan film tez bir vaxt­da çə­ki­lib təh­vil ve­ril­mə­li idi. 4 həm­ka­rı­nın ölü­mü­nü gö­rən ya­ra­dı­cı he­yət fil­min tər­ki­bin­dən uzaq­la­şır. Ye­ni tər­ki­bə isə heç kim kö­nül­lü gəl­mək is­tə­mir.

Fil­min ikin­ci qu­ru­lu­şu əs­lən iran­lı olan Sa­san­pur ad­lı re­jis­so­ra tap­şı­rı­lır. Re­jis­sor kö­mək­çi­si ki­mi isə Ağar­za Qu­li­yev çə­ki­liş mey­dan­ça­sı­na gə­lir. Ra­sim Oca­qov ilk çə­ki­liş vax­tı baş ve­rən ha­di­sə­dən ya­ra­lan­dı­ğı üçün ya­ra­dı­cı he­yət­dən uzaq­la­şır. Bu­nun üçün də fil­min ikin­ci çə­ki­li­şi za­ma­nı ope­ra­tor işi­nə Mosk­va­dan Alek­sey Pol­ka­nov də­vət olu­nur.

Çə­ki­liş vax­tı Sa­san­pu­run ya­rım­çıq iş me­to­du Pol­ka­no­vu qa­ne et­mə­di­yi üçün o bun­dan rəh­bər­li­yi xə­bər­dar edir. Sa­san­pur re­jis­sor işin­dən uzaq­la­şır, ar­tıq mə­sə­lə qə­liz­ləş­mə­yə baş­la­maq­da idi ki, Adil İs­gən­də­rov qə­ti təd­bir gö­rül­mə­yin vax­tı ol­du­ğu­nu an­la­yır. O, hət­ta fil­min ma­liy­yə xərc­lə­ri­ni be­lə öz üzə­ri­nə gö­tü­rür və ki­nos­tu­di­ya­nın həm­kar­la­rı ilə bir ara­ya gə­lə­rək fi­kir mü­ba­di­lə­si apa­rır. Di­gər re­jis­sor­lar­dan fərq­li ola­raq To­fiq Ta­ğı­za­də rəh­bər­li­yin eti­ma­dı­nı doğ­rul­da­raq fil­min çə­ki­li­şi­ni öz öh­də­si­nə gö­tü­rür və az bir müd­dət ər­zin­də də onu ta­ma­şa­çı­la­rın ba­xı­şı­na təq­dim edir. Söhbət “Mən ki, gözəl deyildim” filmindən gedir.

1969-cu il…

“Şərikli çörək filmi istehsalata buraxılıb. Filmdə İkinci Dünya müharibəsinin son günləri və müharibədən sonrakı ilk aylar uşaqların çətin həyat tərzi üzərindən öz hekayəsini danışır. Alla Axundovanın ssenarisi əsasında çəkilən film Şamil Mahmudbəyovun quruluşunda çəkilib. Arxa cəbhə, paytaxt Bakı, müharibə çətinliklərinin bir tikə çörəklə insanları necə sınağa çəkdiyi və s. məqamlar düşündürüc təsir bağışlayır.

“Bizim Cəbiş müəllim” filmi də eyni ildə istehslata buraxıldı. Maqsud İbrahimbəyovun  “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilən filmə rejissor Həsən Seyidbəyli quruluş verdi. Bu filmdə də hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Filmdə qələbə naminə hər cür maddi çətinliklərə dözən, vətənin azadlığını hər şeydən yüksək tutan insanların mənəvi ucalığından söhbət açılır.

Eyni ildə çəkilən hər iki filmdə arxa cəbhənin görüntüsü böyük ustalıqla həyata keçirilib və bədii sənət nümunəsi olaraq dəyərlidir.

Tofiq Tağızadə: “Ermənilər, sizə 3 saat vaxt, torpağımızı tərk edin”

Fil­mə ba­xan­lar bi­lir ki, “Mən ki, gö­zəl de­yil­dim” fil­min­də yal­nız ar­xa cəb­hə can­lan­dı­rı­lır. De­mək ol­maz ki, Ta­ğı­za­də mü­ha­ri­bə səh­nə­lə­ri­nin öh­də­sin­dən gə­lə bil­məz­di. Ək­si­nə “Uzaq sa­hil­lər­də” ki­mi bir fil­mi çək­mək­lə öz cə­sa­rət­li ad­dı­mı­nı atan re­jis­sor bu­nu ikin­ci də­fə də edə bi­lər­di. An­caq baş ve­rən fa­ciə ya­ra­dı­cı he­yə­ti bun­dan çə­kin­di­rir.

Ra­miz Əs­gə­rov bu fil­mi çə­kə­rək onu Bö­yük Ok­tyabr bay­ra­mı­na hə­diy­yə et­mək is­tə­sə də bu­na əcəl aman ver­mə­yib. An­caq Ta­ğı­za­də bu film­lə Mosk­va Bə­dii Şu­ra­sı­nı sö­zün hə­qi­qi mə­na­sın­da da təə­cüb­lən­di­rib. Çün­ki “Azər­bay­can­film” ki­nos­tu­di­ya­sı ilk də­fə ola­raq məhz bu film­də ar­xa cəb­hə­ni ol­du­ğu ki­mi can­lan­dır­ma­ğa na­il ola bi­lib. Bu, Mosk­va­nın fik­ri idi.

Ha­şi­yə:”Mən ki, gö­zəl de­yil­dim” fil­mi­nin çə­ki­liş­lə­ri üçün ya­ra­dı­cı he­yət film­də gör­dü­yü­müz kən­də-Ba­yan kən­di­nə yo­la düş­dü­yü za­man an­la­şıl­maz bir mə­qam­la üz­lə­şib. Bil­di­yi­miz ki­mi Qa­ra­bağ ha­di­sə­lə­ri baş­la­na­na qə­dər Azər­bay­ca­nın ək­sər kənd­lə­rin­də er­mə­ni­lər məs­kun­laş­mış­dı. Hət­ta bu məs­kun­luq o də­rə­cə­yə ça­tıb­mış ki, er­mə­ni­lər Azər­bay­can tə­rə­fin mü­da­xi­lə­si­nə be­lə im­kan ver­mə­dən sırf er­mə­ni adət-ənə­nə­lə­ri, qay­da-qa­nun­la­rı ilə ya­şa­yır­mış­lar. To­fiq Ta­ğı­za­də­nin rəh­bər­li­yi ilə fil­min ya­ra­dı­cı he­yə­ti Ba­yan kən­di­nə ça­tan ki­mi er­mə­ni­lər tə­rə­fin­dən əha­tə­yə alı­nır­lar. Tə­bii ki, er­mə­ni­lər baş­da kol­xoz sədr­lə­ri ol­maq­la ya­ra­dı­cı he­yə­tin çə­ki­li­şi­nə qar­şı çı­xır­lar. Sə­bəb də onu gös­tə­rir­lər ki, gu­ya Ba­yan kən­din­də olan bü­tün ti­kin­ti­lər, bü­tün in­ki­şaf pro­se­si məhz on­la­rın sa­yə­sin­də ər­sə­yə gə­lib. Bu­na döz­mə­yən To­fiq Ta­ğı­za­də bərk əsəb­lə­şir və er­mə­ni­lə­rə xi­ta­bən “si­zə 3 sa­at vaxt ve­ri­rəm, bü­tün ti­ki­li­lə­ri­ni­zi sö­küb ma­şın­la­ra yük­lə­yin və bi­zim tor­paq­la­rı­mı­zı tərk edin” de­yə sərt şə­kil­də tə­ləb edir. Haq­lı sö­zün qar­şı­sın­da tab gə­tir­mək çox çə­tin­dir, bu­nu ba­şa dü­şən kənd ca­maa­tı kol­xoz səd­ri­nin üs­tü­nə hü­cub edə­rək onu öl­dür­mək də­rə­cə­si­nə gə­lib­lər. Son­ra­kı pro­ses­lər­də çə­ki­liş qru­pu fil­mi ra­hat­lıq­la çə­kib ba­şa çat­dı­rıb­lar. Və bu ha­di­sə­yə gö­rə də­(əs­lin­də bur­da cid­di heç nə ol­ma­yıb) Ta­ğı­za­də­yə gö­zün üst­də qa­şın var de­yən ol­ma­yıb. An­caq ha­di­sə­nin baş ver­di­yi il­də-1968-ci il­də, SSRİ ad­lı im­pe­ri­ya­nın fəa­liy­yə­ti­nin ən qız­ğın ça­ğın­da be­lə bir qar­şı­dur­ma­nın ya­ran­ma­sı biz­lər üçün pis nə­ti­cə­lə­nə bi­lər­di. Ba­yan kən­di hər cə­hət­dən çə­ki­liş üçün əl­ve­riş­li mə­kan ol­du­ğu üçün film­də­ki ar­xa cəb­hə mən­zə­rə­lə­ri tə­bii alı­nıb.

1975-ci il

Bu mə­qam­da is­tər-is­tə­məz “Tü­tək sə­si” fil­mi­ yad düşür. Zən­nim­cə, “Tü­tək sə­si” fil­min­də də ar­xa cəb­hə­nin gö­rün­tü­sü­nün tə­bii alın­ma­sı heç də “Mən ki, gö­zəl de­yil­dim” fil­min­dən ge­ri qal­mır.

İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında yazılan ssenaridə hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi hiss olunur. Müharibə fonunda cərəyan edən hadisələr dövrün ağrı-acısını əks etdirir. Və yaradıcı heyət arxa cəbhəni o qədər inandırıcı yaradıblar ki, sanki müharibə dəhşətləri hələ də bitməyib. Bəlkə də illər sonra Qarabağ müharibəsinin başlanması və uzun illər bu ağrı-acıyla yaşamağa davam etməyimiz bir mesaj olaraq verilir.

1985-ci il

Tarixi, döyüş, bioqrafik, müharibə janrında çəkilən “Sizi dünyalar qədər sevirdim” filminə Rasim İsmayılov quruluş verib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandıran filmdə hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş qəhrəmanımızın  son günlərindən bəhs edir.

Həzi Aslanovun müharibədəki şücaətinin məhz 1985-ci ildə, Sövetlər Dönəminin son illərində çəkilməsi bir qədər təəccüblü görünsə də, yuxarıda qeyd etdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyası hər zaman Moskvanın təzyiqində olduğu üçün qadağalar üzləşib ki, nəticədə də qəhrəman oğullarını asanlıqla ekrana gətirə bilməyib.

Müharibə mövzusu sadəcə bu filmlərlə bitmir, ümumiyyətlə isə sadəcə bədii filmlərələ bitməyib, onlarla sənədli, qısametrajlı filmlərdə də 1941-1945-ci ildə baş verənlər öz əksini tapıb.Bütün bunlar bir daha sübut edir Böyük Vətən Müharibəsində Azərbaycan Respublikasının böyük rolu olub və Qələbənin 75 illiyində də böyük payı var…

Rəşid RƏŞAD

09.05.2020