Universal Pictures “Çapıq üz” ekran əsərini yenidən çəkəcək

“Məni öz adınla çağır” (Call Me by Your Name, 2017) filminin ssenarisinə görə Oskar mükafatı qazanan italiyalı rejissor Luka Quadanino vaxtilə Brayn de Palma tərəfindən çəkilmiş “Üzü çapıqlı” filminin remeykini hazırlayır.

Bu barədə Universal Pictures kinostudiyası öz saytında yazıb.

Məlumatda bildirilib ki, Luka Quadanino “Üzü çapıqlı” filminə yeni nəzərlərlə yanaşacaq. Hadisələr Los Ancelesdə (Kaliforniya) cərəyan edəcək.

Ekran əsərinin ssenarisi Koen qardaşlarına həvalə olunub. Filmə Skot Stuber prodüserlik edəcək. Aktyor heyəti hələ ki elan olunmayıb. Filmin premyerasının nə vaxt olacağı da məlum deyil.

15.05.2020