Aqşin Babayev vəfat etdi

Əməkdar jurnalist, yazıçı-dramaturq, «Qızıl gələm», «Həsən bəy Zərdabi», «Humay» mükafatları laureatı Aqşin Babayev bu gün 83 yaşında dünyasını dəyişib.

Aqşin Babayevin kino sahəsində əməyi əvəzsizdir. 30-dan artıq xarici filmlərin mətnlərini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan-Hindistan dostluğuna həsr olunmuş ssenarisi əsasında «Ürəkdən-ürəyə yollar görünür» sənədli filmi çəkilmişdir. «Bir parça həyat», «Nazim Hikmət», «Nekroloq», «Yol», «Dəvətnamə», «Mükafat» və sair filmlərin ssenari müəllifidir. Eyni zamanda «Kinoşünaslıq və ekran dramaturgiyası» fənninə aid bir neçə dərs vəsaitinin (Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü, Bakı, 2000; A.Kazımzadə ilə birgə) müəlllifi və redaktorudur. Kino və kinodramaturgiyaya həsr olunmuş onlarca məqaləsi çap olunub.

Allah rəhmət eləsin…

10.06.2020