“Qadın” qısametrajlı filmi Palm Springs festivalının Shortfest 2020 proqramına daxil oldu.

Los Ancelesdə yaşayan azərbaycanlı rejissor Tahmina Rafaellanın “Qadın” qısametrajlı filmi bu yaxınlarda prestijli Palm Springs festivalının Shortfest 2020 proqramına daxil olub.

Filmdə həm ənənəvi, həm də müasir qadın rollarının xüsusiyyətlərini özündə təcəssüm etməyə çalışan, bu zaman azad seçim ilə məsuliyyət hissi arasında qalan filmin qəhrəmanı bir gün ərzində ana, övlad, həyat yoldaşı rollarını yerinə yetirərkən özü ola bilmək uğrunda mübarizə aparır.Ssenari müəllifi, rejissor və prodüser Tahmina Rafaella, koprodüser Maria Ibrahimova, quruluşçu operator Daniel Guliyev, rollarda: Tahmina Rafaella, Zaur Shafiyev, Saeed Mammadov, Vidadi Aliyevdir.Film “Rafa Film” tərəfindən və “Cinex” dəstəyi ilə istehsal olunmuşdur.

05.07.2020