Azərbaycan layihəsi Kannda

Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Məhbus” tammetrajlı layihəsi Kann Film Festivalının “Cinefondation La Residence” proqramında iştirak hüququ qazanıb.

Bu barədə Əməkdar incəsənət xadimi Elçin Musaoğlu məlumat paylaşıb. O qeyd edib ki, bu il proqrama bütün dünyadan 6 layihə seçilib.

Orxan Ağazadənin ekranlaşdırdığı “Məhbus” tammetrajlı filmi də 6 layihədən biri olaraq proqramda iştirak hüququ qazanıb.

20.07.2020