VENESİYA FİLM FESTİVALI QALİBLƏRİ ELAN ETDİ

Dünyanın üç ən böyük kinematoqrafiya hadisəsindən biri sayılan 77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimində nəticələr açıqlanıb. Bu barədə festivalın münsiflər heyəti elan edib və qaliblərin təntənəli elan mərasiminin yayımı festivalın saytında həyata keçirilib.

Tass.ru-nun məlumatına görə, “Qızıl şir”i çinli qadın rejissor Çloe Zhaonun “Nomadland”(“Köçərilərin torpağı”) filmi qazanıb.

Xatırladaq ki, Sofiya Koppaladan sonra (2010) ikinci qadın rejissor kimi bu nüfuzlu mükafata layiq görülən çinli Xloi Zhao ABŞ-da fəaliyyət göstərir. Festivalda əsas mükafata layiq görülən “Köçərilərin torpağı” filmi köçəri həyat tərzi keçirən insanlar haqqında sənədli-quruluş mənzərəsidir. Film festival başlayan gündən 18 filmin iştirak etdiyi müsabiqənin favoriti sayılıb.

Məlumatda bildirilir ki, filmin rejissor və əsas qəhrəmanı olan Frensis Makdormand Venesiyaya getməyib. Onlar nümayişin son günündə, lentin premyerası keçirilən zaman videokörpü üzrə mətbuat konfransı keçiriblər.

Festivalda digər mükafatlara layiq görülən filmlər:

  • Gümüş şir (Jürinin böyük mükafatı): “Nuevo orden” (rej. Mişel Franso)
  • Gümüş şir (Ən yaxşı rejissor): Kiyoşi Kurosava – “Wife af a spy”
  • Ən yaxşı aktrisa: Vanessa Kirbi – “Pieces of a woman”
  • Ən yaxşı aktyor: Pierfransesko Favino – “Padrenostro”
  • Ən yaxşı ssenari: Çaitanya Tamhane – “The Disciple”
  • Jürinin xüsusi mükafatı: “Dear Komrades” – rej. Andrey Konçalovski
  • Ən yaxşı gənc aktyor və ya aktrisa: Ruhulla Zamani – “Sun children”

Bundan başqa, həvəsləndirici mükafatlar da (Orizzonti) sahiblərini tapıb.Rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi yer qazanmasa da, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.

14.09.2020