“Qırmızı” qısametrajlı bədii filmi Beynəlxalq Kinofestivalda

Rejissor Tahir Əliyevin “Qırmızı” qısametrajlı bədii filmi 21-23 oktyabr tarixində Moskvada keçiriləcək VIII Beynəlxalq Etnoqrafik Kinofestivalda iştirak edəcək.

Film valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qız haqqındadır. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında yeni qırmızı ayaqqabı ilə gəzməkdir.

“Qırmızı” filmi festivalın son günü – 23 oktyabrda nümayiş olunacaq.

Qeyd edək ki, festivalda Rusiya, İtaliya, Böyük Britaniya, Fransa, Danimarka, Hindistan və digər ölkələrdən filmlər iştirak edir.

15.10.2020