Rza Təhmasibə həsr olunmuş filmin tam versiyası Dövlət Film Fonduna verilib

Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən Xalq artisti, SSRi Dövlət mükafatı laureatı, professor Rza Təhmasibə həsr olunmuş film hədiyyə edilmişdir.

“İncəsənət veteranı” adlanan film Əməkdar İncəsənət xadimi, rejissor Musa Bağırov tərəfindən 1966-cı ildə çəkilmişdir.

Film Rza Təhmasibin görünütüləri və şəxsi arxiv materialları ilə olduqca zəngindir. 55-il öncə çəkilmiş film Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində tam versiyada əldə olunmuşdur.  Nəzərinizə çatdırırq ki, bu günə qədər Dövlət Film Fondunda filmin yalnız bir hissəsi mövcud olmuşdur.

05.03.2021