Dövlət Film Fondunda “Böyük Qayıdış” ssenari müsabiqəsinin pitçinq mərhələsi keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin sonuncu – Pitçinq  mərhələsi cari ilin aprel ayının  27-də  Azərbaycan Dövlət Film Fondunda keçirilmiş və şəfaflığın qorunması məqsədi ilə Pitçinq Dövlət Film Fondunun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanmışdır.

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, habelə Vətən müharibəsində qazanılmış Böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə elan olunmuş müsabiqənin Pitçinq mərhələsində iştirak hüququ qazanan 26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilmişdir.

Seçim prosesi münsiflərin açıq səsverməsi yolu ilə həyata keçirilmiş, 7 münsifdən 2-si bitərəf qalmış, 5-nin səs çoxluğu ilə aşağıdakı 11 layihə qalib seçilmişdir:

BƏDİİ FİLMLƏR

Təqdim edən şirkətLayihənin adı
1“İnteraz Media and Broadcasting” MMC“Tanrının nəbzi”
2“Mozalan” studiyası MMC“İkinci planetin qırmızı rəngi”
3“Karvan production” MMC“Arxa cəbhə”
4“Debüt” studiyası“İki gün”
5“Ultra Production” MMC“Hasar”

SƏNƏDLİ FİLMLƏR

Təqdim edən şirkətLayihənin adı
1C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası“Fulya”
2C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası“Müharibənin uşaqları”
3“Balans” MMC“Çin olan gizlinlər”
4“Debüt” studiyası“Evimin səsi”

ANİMASİYA FİLMLƏRİ

Təqdim edən şirkətLayihənin adı
1“Birlik kinostudiyası” MMC“Qarabağ nağılı”
2“OB Film” MMC“Tarix”