Azərbaycan Dövlət Film Fonduna yeni filmlər daxil olmuşdur

Azərbaycan Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində xaricdə yaşayan soydaşlarımızın şəxsi arxivindən Xalq artisti Eldar Quliyevin 60-cı illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda çəkdiyi qısametrajlı “Gözləmə vaxtı” və rejissor Teymur Bəkirzadənin “Sevinc Buxtası” filminin çəkiliş prossesinə həsr olunmuş filmlər  Fonda hədiyyə olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, hər iki hədiyyə olunmuş film 35 mm-lik kino lentində Film Fonduna təhvil verilmişdir.

04.05.2021