Azərbaycan Dövlət Film Fonduna yeni artefaktlar daxil olmuşdur

Azərbaycan Dövlət Film Fonduna daxil olmuş yeni artefaktlar milli filmlərimizin afişalarından ibarətdir. Nəzərinizə çatdırırıq ki, yeni afişalar indiyə qədər Film Fondunda mövcud olmamışdır və Əməkdar İncəsənət xadimi Yusif Şeyxovun şəxsi arxivindən Fonda hədiyyə olunmuşdur. Sözügedən afişalar arasında “Bakılılar” (1938), “Kölgələr sürünür” (1958), “Alma almaya bənzər” (1975), “Bir cənub şəhərində” (1969), “Bakıda küləklər əsir” (1974), “Qərib cinlər diyarında” (1977), “Arxadan vurulan zərbə” (1977), “Qızıl uçurum” (1980), “1001-ci qastrol” (1974), “Od içində” (1978) və sair 30-a yaxın milli filmlərimizə çəkilmiş afişalar yer almışdır.

24.05.2021