Azərbaycan Dövlət Film Fondunda kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət Mükafatı laureatı, kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb.

Fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları, ssenariləri və s. arxiv sənədləri daxil olmuşdur.

Xalq artisti Eldar Quliyevin şəxsi arxiv fondunun yaradılması sənətkarın 80 illik yubileyinə ithaf  olunub.