Aktyor Vidadi Həsənov Kazan Film Festivalında Azərbaycanı təmsil edir

XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı baş tutub. Film Azərbaycanı festivalın “Türk dünyası” bölməsində təmsil edir.

Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı aktyor Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.