“Səttar Bəhlulzadə” sənədli filmi bərpa olunub

Azərbaycan Dövlət Film Fondunda 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Yaddaş” yaradıcılıq birliyində istehsal olunmuş “Səttar Bəhlulzadə” sənədli filmi bərpa olunub. Film Azərbaycanın Xalq rəssamı, Azərbaycan Dövlət Mükafatı laureatı Səttar Bəhlulzadənin yaradıcılığından bəhs edir.

Filmdə Tahir Salahov, Maral Rəhmanzadə, Əfrasiyab Vəkilov, Qriqori Anisimov və Mark Bernşteyn kimi tanınmışlar iştirak edir.

Filmin ssenari müəllifi Azər Abdulla, rejissoru Davud İmanov, operatoru Rafiq Quliyev, bəstəkarı Cavanşir Quliyevdir.

Filmdən bəzi kadrları təqdim edirik.