Gürcüstanın paytaxtı Tbilisidə müasir Azərbaycan filmlərinin nümayişinə başlanılıb.
“Qafqaz evi”ndə gənc rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun 2013-cü ildə çəkdikləri “Buqələmun” və rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi “Axınla aşağı” bədii filmləri ingilis dilində subtitrlərlə Tbilisi kinosevərlərinə təqdim olunub.
Filmlərin nümayişi “Mədəniyyət təqvimi” layihəsi çərçivəsində baş tutub. Layihə koordinatoru Marika Tkeşelaşvili bildirib ki, tədbirin əsas məqsədi gürcü tamaşaçıları Azərbaycanın kino istehsalı, məzmunu və estetik xüsusiyyətləri ilə tanış etməkdir.