Xalq artisti Rafiq Əliyevin şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda tanınmış aktyor, rejissor, Xalq artisti Rafiq Əliyevin (1949-2020) şəxsi arxiv fondu yaradılıb.

Şəxsi arxiv fondu aktyorun ailə üzvləri tərəfindən Dövlət Film Fonduna təhvil verilmiş sənədlər, fotoşəkillər və mükafatlar əsasında formalaşdırılıb. Fonda Rafiq Əliyevin fəaliyyətinə həsr olunmuş müxtəlif materiallar, onun yaradıcılığını özündə əks etdirən 430 fotoşəkil daxildir.

Bundan başqa, Dövlət Film Fonduna aktyorun ailəsi tərəfindən Rafiq Əliyevin müxtəlif teatr və kino festivallarında qazandığı mükafatlar da təqdim olunub. Həmin mükafatlar hazırda Film Fondunun artefaktlar muzeyində qorunur.