Xalq artisti Yalçın Əfəndiyevin iki sənədli filmi bərpa olunub

Görkəmli kinorejissor, Xalq artisti Yalçın Əfəndiyevin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar müəllifi olduğu iki sənədli film bərpa olunub. Bərpa olunmuş “Bakı haqqında on dəqiqə” və “Yusif Məmmədəliyev” filmləri rejissorun ən uğurlu layihələrindəndir.

“Bakı haqqında on dəqiqə” qısametrajlı sənədli filmi 1966-cı ildə çəkilib. Kinolent müasir Bakı, onun görməli yerləri, tarixi memarlıq abidələrini özündə əks etdirir.

“Yusif Məmmədəliyev” sənədli filmində isə akademik Yusif Məmmədəliyevin mənalı həyat yolu ekranda canlandırılır. Kinolentdə əsas diqqət Yusif Məmmədəliyevin respublikamızda elmin inkişafındakı roluna, yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə yönəlib.