Sentyabrın 18-i Milli Musiqi Günündə Azərbaycan Dövlət Film Fondunun kollektivi ordumuza dəstək nümayiş etdirib.
Dəstək tədbirini Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanın ən ali musiqisinin – Dövlət Himninin müşayiəti ilə ordumuza dəstək nümayiş etdirməkdir.
Sonra Film Fondunun əməkdaşları Vətən uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra bütün kollektivin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlət Film Fondunun kollektivi ordumuza dəstək nümayiş etdirdi (18.09.2022) – YouTube