Kinorejissor Arif Babayevin şəxsi arxivi Film Fonduna təhvil verildi

Əməkdar incəsənət xadimi, görkəmli kino və televiziya rejissoru Arif Babayevin şəxsi arxivi Azərbaycan Dövlət Film Fonduna təhvil verilmişdir. Arxiv materialları rejissorun qardaşı, Xalq artisti Vasif Babayev tərəfindən təqdim olunub.

Şəxsi arxivə Arif Babayevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, ssenarilər, rejissorun layiq görüldüyü müxtəlif mükafatlar daxildir.

Qeyd edək ki, hal-hazırda Azərbaycan Dövlət Film Fondunda kinorejissor Arif Babayevin şəxsi arxiv fondunun hazırlanması üzərində iş gedir. Yanvar ayında fond tam şəkildə hazır olacaq və bu barədə mətbuata əlavə məlumat veriləcək.