Dövlət Film Fondunda Qazaxıstandan olan tələbə heyəti ilə görüş keçirildi

Fevralın 21-də Azərbaycan Dövlət Film Fondunda Qazaxıstandan olan tələbə heyəti ilə görüş keçirilmişdir.

Fondun qonağı olan tələbələr burada kino muzeyinin eksponatları və Qazaxıstan filmlərinin nadir arxiv materialları ilə yaxından tanış oldular. Magistr səviyyəsi üzrə II tədris ilində təhsil alan qazaxıstanlı tələbələr Bakıya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən səfər ediblər.

Qazaxıstandan olan tələbə heyəti ilə Azərbaycan Dövlət Film Fondunda təşkil olunmuş görüş Azərbaycan kinosunun 125 illiyi çərçivəsində keçirilmişdir.