“Azərbaycan sənədli kino salnaməsi” retrospektivinin növbəti tədbiri Muxtar Dadaşova həsr olundu

Mayın 5-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Xalq artisti, kinorejissor Muxtar Dadaşovun yaradıcılığına həsr olunub.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Muxtar Dadaşovun Azərbaycan kinosunun təşəkkülündə və inkişafında müstəsna xidmətləri haqqında danışdı. Sonra Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək rejissor haqqında xatirələrini bölüşdü.

Sonda kinorejissor Muxtar Dadaşovun faşizm üzərində qələbənin qazanılmasında Bakı əməkçilərinin misilsiz xidmətlərindən bəhs edən “Bakı-42” (1985) sənədli filmi nümayiş olundu.