Əməkdar artist Elxan Qasımov vəfat edib

Əməkdar artist Elxan Qasımov mayın 29-da vəfat edib.

Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi və kollektivi kinorejissor, aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Qasımovun vəfatından kədərləndiyini bildirir və ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hər zaman Dövlət Film Fondunun keçirdiyi tədbirlərin fəal iştirakçısı və natiqi olan Elxan müəllim sonuncu dəfə aprelin 28-də rejissor Nicat Feyzullayevin xatirə gecəsində çıxış edərək fikirlərini bölüşdü. Həmin gecədə çəkilən fotoşəkli hörmət və ehtiramla paylaşaraq bir daha əziz Elxan Qasımova Allahdan rəhmət diləyirik.