Azərbaycan Dövlət Film Fondunda Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, təsvir rejissoru Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb.

Fonda görkəmli sənətkarın fotosənədləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib.

Xatırladaq ki, Teyyub Axundov “Görüş” (1955), “Mahnı belə yaranır” (1957), “Onu bağışlamaq olarmı?” (1959), “Mollanın sərgüzəşti” (1960), “Romeo mənim qonşumdur” (1963), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967), “Şərikli çörək” (1969), “Qatır Məmməd” (1974), “Tütək səsi” (1975), “Birisigün, gecəyarısı…” (1981) və başqa bədii filmlərin təsvir rejissoru olub.