Telman Adıgözəlov – 70

Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, tanınan,  istedad və bacarığına görə sevilən Xalq artisti Telman Adıgözəlovun  xatirəsi sənətsevərlər üçün həmişə əzizdir. Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının Ətraflı

Vidadi Həsənov – 65

Sənətdə tanınmaq, sevilmək istedaddan əlavə gərgin yaradıcılıq axtarışları, böyük əmək, zəhmət tələb edir. Bu mənada yalnız sənətin cəfasına qatlaşanlar, dözənlər onun səfasını görə, sevilə, sevdikləri ilə əhatələnə bilərlər. Tanınmış aktyor Vidadi Həsənov da Azərbaycan teatr, kino sənətində göstərdiyi sənət biliciliyi, Ətraflı

Azərbaycan Dövlət Film Fondunda Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, təsvir rejissoru Teyyub Axundovun şəxsi arxiv fondu yaradılıb. Fonda görkəmli sənətkarın fotosənədləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib. Xatırladaq ki, Teyyub Axundov “Görüş” (1955), “Mahnı Ətraflı

Mədəniyyət Nazirliyində Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyevlə görüş keçirildi

İyulun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru, professor Cəmil Quliyevlə görüş keçirilib. Mədəniyyət naziri Adil Kərimli 60 illik yubileyi münasibətilə rejissora Mədəniyyət Nazirliyinin kollektivinin və ölkəmizin mədəniyyət ictimaiyyətinin təbriklərini çatdırıb. Cəmil Quliyev fəaliyyətinə Ətraflı