“Uzaq sahillərdə” filminə aid nadir afişa Azərbaycan Dövlət Film Fonduna təhvil verilib

Azərbaycan Dövlət Film Fondunun arxivinə nadir artefakt təhvil verilib.

“Uzaq sahillərdə” bədii filminə aid kinoafişa Əməkdar incəsənət xadimi, kinorejissor Ələkbər Muradovun şəxsi arxivindən təqdim olunub. 1958-ci ildə lentə alınmış filmin bu nadir afişası çap olunduğu dövrdə cəmi 300 nüsxə buraxılıb. Təhvil verilən kinoafişanın vəziyyəti qənaətbəxş deyil və itkiyə məruz qalan hissələri var.

Qeyd edək ki, artefakt Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təqdim olunub.