Oktyabrın 10-da Bakıda keçirilən III “Korkut Ata” (“Dədə Qorqud”) Türk Dünyası Film Festivalında iştirak edən qardaş Türkiyə kinematoqrafçılarından ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Film Fondunun qonağı olublar. Festival iştirakçılarına qurumun fəaliyyəti, filmlərin burada qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verildi.
Sonra qonaqlar Artefaktlar muzeyinə baxış keçirdilər, Dövlət Film Fondunda saxlanılan Türkiyə və Türk dünyası kinematoqrafiyasına aid film və arxiv materialları ilə tanış oldular.
Sonda gələcəkdə Azərbaycan və Türkiyə kinosunun bu ölkələrdə qarşılıqlı təbliği və arxiv mübadiləsi haqqında müzakirələr aparıldı.