Oktyabrın 26-da Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun 75 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olundu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Ələkbər Muradovun kino və televiziya yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Sonra rejissor Murad Muradovun yubilyara həsr edilmiş “Ümid dayanacağında” sənədli filmi ilk dəfə tamaşaçılara təqdim olundu.
Nümayişdən sonra Ə.Muradovun “Yaddaşın rəmzi” filminin ssenari müəllifi Mahir Qəribov və ailə üzvləri adından Fəxrəddin Kərimov tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkürlərini bildirdilər.