Dünya şöhrətli kinorejissor Semih Kaplanoğlu Azərbaycan Dövlət Film Fondunun qonağı oldu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Bakıya dəvət olunmuş tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlu dekabrın 15-də Azərbaycan Dövlət Film Fondunun qonağı oldu. Qonağa qurumun fəaliyyəti, filmlərin burada qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verildi.

Sonra qonaq Artefaktlar muzeyinə baxış keçirdi, Dövlət Film Fondunda saxlanılan Türkiyə və Türk dünyası kinematoqrafiyasına aid film və arxiv materialları ilə tanış oldu.

Semih Kaplanoğlu Dövlət Film Fondu haqqında yüksək təəssüratlarını bölüşdü, qurumun gələcək fəaliyyətində uğurlar arzuladı.