“Hədəf” liseyinin şagirdləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular

Dekabrın 15-də “Hədəf” liseyinin şagirdləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular.

Əvvəlcə şagirdlər kino zalında animasiya filminə tamaşa etdilər. Sonra onlara Film Fondunun yaranması, tarixi və fəaliyyəti haqqında məlumat verildi. Şagirdlər məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey və kino lentlərinin saxlanma boksları ilə tanış oldular.

“Hədəf” liseyinin şagirdləri Dövlət Film Fondundan xoş təəssüratlarla ayrıldılar.