Kinorejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə çəkdiyi “Sehrli xalat” filmində ifa etdiyi Rəşid obrazı ilə məşhurlaşmış Azər Qurbanov ABŞ-də vəfat edib.
Azər Qurbanov “Bir məhəlləli iki oğlan” (1957), “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), sovet-yuqoslav müştərək filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində də rol almışdı.
Aktyor 1992-ci ildən Amerika Birləşmiş Ştatlarında yaşayırdı.
Allah rəhmət eləsin!