Film Fonduna şəxsi arxivdən yeni materiallar daxil olub

Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olmuşdur.

Təqdim olunan fotosənədlər “Qayınana” filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir. Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür.

Fotosənədlərin bir qismi Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.