Avropa Azərbaycan Məktəbinin şagirdləri Dövlət Film Fondunun qonağı oldular

Mayın 14-də Avropa Azərbaycan Məktəbinin şagirdləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular. Əvvəlcə şagirdlərin iştirakı ilə milli animasiya filmlərinin yeni nümunələrinə baxış keçirildi. Sonra qonaqlar Fondun muzeyi vasitəsilə Azərbaycan kinosu tarixinə səyahət etdilər, milli uşaq filmlərinə aid eksponatları maraqla qarşıladılar.

Avropa Azərbaycan Məktəbinin şagirdləri Dövlət Film Fondundakı ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.