“Uzaq sahillərdə” filminin Anjelikası vəfat etdi

Azərbaycan tamaşaçısına “Uzaq sahillərdə” filmindən tanış olan aktrisa Aqniya Yelekoyeva vəfat edib.

Aqniya Borisovna Yelekoyeva 1929-cu ildə anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunda Boris Zonun kursunu bitirib. 1952-1985-ci illərdə Leninqrad Yeni Teatrının (1953-cü ildən Lensovet adına Leninqrad Teatrı) aktrisası kimi fəaliyyət göstərib.

1958-ci ildə kinorejissor Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmində Anjelika obrazını canlandırıb.

1990-cı illərin əvvəlində ABŞ-a köçüb. 2019-cu ildə Rusiyaya qayıdaraq ömrünün axırına qədər orada yaşayıb.

Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan, “Uzaq sahillərdə” filminə aid fotoşəkli təqdim edərək aktrisanın xatirəsini ehtiramla anırıq.