Film Fonduna şəxsi arxivdən maestro Niyaziyə aid yeni materiallar daxil olub

Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olmuşdur.

Təqdim olunan fotosənədlərdə Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin müxtəlif görüşlərdə çəkilmiş nadir görüntülərinə rast gəlmək mümkündür.

Fotosənədlərin bir qismi Dövlət Film Fondununun rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.