İyulun 11-də Qırğızıstanın tanınmış kinoşünası və kino tənqidçisi Gülbara Tolomuşova Azərbaycan Dövlət Film Fondunun qonağı oldu. Qonağa qurumun fəaliyyəti haqqında ətraflı məlumat verildi, Fondun Artefaktlar muzeyinə baxış keçirildi.
Gülbara Tolomuşova burada Qırğızıstan kinematoqrafiyasına aid film və film materiallarının qorunub saxlanılmasını maraqla qarşıladı, bundan məmnunluğunu ifadə etdi.
Görüşdə Azərbaycan və Qırğızıstan arasında kinematoqrafiya sahəsində gələcək əlaqələr müzakirə olundu. Gülbara Tolomuşova qurumun xatirə kitabında Azərbaycan Dövlət Film Fondu haqqında təəssüratlarını bölüşdü.