Nizami Kino Mərkəzində “ANAMA” filminin təqdimatı keçirilib

İyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) yaranmasının 26-cı ildönümü tamam oldu. 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi təsis edilib. 2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə agentliyin bazasında publik hüquqi şəxs Ətraflı

Hacı Murad Yagizarov – 85

İstedadlı aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı Murad Yagizarov 85 yaşını qeyd edir. Teatr və kino ictimaiyyətinin, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyor ömrü boyu məsləyinin keşiyində durub, istedadı, bacarığı sayəsində yaradıcılığını zənginləşdirib. Hacı Murad Yagizarovu yubiley yaşı münasibətilə Ətraflı

Aktyor Telman Adıgözəlovun doğum günüdür

İstedad və bacarığına, özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən aktyorlarımızdan olan Telman Adıgözəlovun  anadan olmasından 71 il ötür (17.07.1953). Yaradıcılıq qismətinə düşən irili-xırdalı rollarını yüksək sənətkarlıq keyfiyyəti ilə canlandıran, rollarının təfsirində ekran hadisələrinin məzmununu aydınladan, rejissor ideyasının dolğun təcəssümünə, təsdiqini Ətraflı

Əməkdar incəsənət xadimi Rasim İsmayılovun doğum günüdür

Azərbaycan kinosunun görkəmli nümayəndəsi, kinorejissor, Əməkdar incəsənət xadimi Rasim İsmayılovun anadan olmasından 88 il ötür (13.07.1936). İstedadlı kinematoqrafçının peşəkar müşahidə qabiliyyəti ekranlaşdırdığı filmlərdə həyat faktlarını məharətlə təhlil etməyə imkan yaradıb. Müxtəlif dövr müasirlərinin yaşayış tərzini, xüsusiyyətlərini, hadisələrə münasibətini dəqiqliklə göstərməsinə Ətraflı

Qırğızıstan kino tənqidçisi Gülbara Tolomuşova Azərbaycan Dövlət Film Fondunun qonağı oldu

İyulun 11-də Qırğızıstanın tanınmış kinoşünası və kino tənqidçisi Gülbara Tolomuşova Azərbaycan Dövlət Film Fondunun qonağı oldu. Qonağa qurumun fəaliyyəti haqqında ətraflı məlumat verildi, Fondun Artefaktlar muzeyinə baxış keçirildi. Gülbara Tolomuşova burada Qırğızıstan kinematoqrafiyasına aid film və film materiallarının qorunub saxlanılmasını Ətraflı