Sentyabrın 11-də Xalq artisti, rejissor Vasif Babayev Azərbaycan Dövlət Film Fondunun qonağı oldu.
Vasif Babayev qorunub saxlanılması üçün şəxsi videokamerasını Fondun muzeyinə hədiyyə etdi. “Sony” markalı bu videokamera vasitəsilə rejissorun yaradıcılığının son illərində lentə alınan filmlər ərsəyə gəlib.
Qeyd edək ki, Xalq artisti Vasif Babayev Azərbaycanda televiziya rejissorluğu məktəbinin qurucularından biri, “Sahil bağı”, “Qızılı yamaclar”, “Xuraman”, “İçərişəhərin əbədi nağılı”, “Yüksəliş” və s. filmlərin rejissorudur. Bir neçə nəsil televiziya işçilərinin yetişməsində onun bilavasitə əməyi olub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.