Xalq artisti Rza Təhmasibin 130 illik yubileyi qeyd olunacaq

Azərbaycanın Xalq artisti, görkəmli kinorejissor və aktyor Rza Təhmasibin 130 illik yubileyi qeyd olunacaq.

Yubiley tədbiri 16 oktyabr 2024-cü il, saat 15:00-da Azərbaycan Dövlət Film Fondunda baş tutacaq. Tədbirdə rejissor Musa Bağırovun 1966-cı ildə çəkdiyi, R.Təhmasibə həsr olunmuş “İncəsənət veteranı” filmi nümayiş ediləcək.

Giriş sərbəstdir.