Film Fondunda Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq tədbir keçirildi

Noyabrın 7-də “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2024-cü il üçün Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Dövlət Film Fondunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Fondun direktoru Cəmil Quliyev Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” barəsində tədbir iştirakçılarına məlumat verdi. Korrupsiyanın dövlət və dövlətçilik üçün böyük təhlükə olduğunu, korrupsiya əməllərinə qarşı mübarizədə hər kəsin öz vətəndaşlıq borcunu yerinə yetirməli olduğunu qeyd etdi, belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətini vurğuladı.

Tədbirin sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunmuş “Korrupsiyaya qarşı hamılıqla mübarizə” sənədli filmi (rej. E.Zeynallı) nümayiş etdirildi.