Kinorejissor Ruslan Şahmalıyev vəfat etdi

Azərbaycan kinorejissoru və ssenaristi, Əməkdar incəsənət xadimi Ruslan Şahmalıyev 88 yaşında Rusiyada vəfat edib.

Ruslan Həsən oğlu Şahmalıyev 1937-ci ildə anadan olub. 1962-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.

Ruslan Şahmalıyev “Balıqçılar”, “Xəzər üzərində körpü”, “Dənizdən keçən alov”, “Neft-qaz mədənlərində yanğının söndürülməsi”, “Azərbaycan teatrının ustaları”, “Koroğlu” dənizdə”, “Salam, Azərbaycan!”, “Azərbaycan SSR”, “Xosrov və Lida Abdullayevlər” (1973), “Bakının qonağı – VII Ümumittifaq kinofestivalı”, “Böyük tamaşa” (1974),  “Üç hekayə” (1974), “Azərbaycan mənzərələri”, “Bəstəkar Müslüm Maqomayev”, “Yaxşıların ən yaxşısı”, “Metanolla iş”, “Nəğməkar torpaq”, “Söz sizindir, şəriklər”, “Yer kürəsi-Kosmos – qarşılıqlı əlaqə”, “Xəzər gəmiçiləri” (1988), “Külək hara əsir?”, “Ordubad” və s. sənədli və elmi-kütləvi filmlərin rejissorudur. Moskvada yaşayarkən “Ekran” Yaradıcılıq Birliyində “Dostluq möhkəmlənir”, “Temir-Tau” və s. sənədli filmlər çəkmişdir.

Allah rəhmət eləsin!