Xalq rəssamı Rafis İsmayılov dəfn olundu

Azərbaycanın Xalq rəssamı Rafis İsmayılovla Təzəpir məscidində vida mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti, kinorejissor Əbdül Mahmudov, Əməkdar mədəniyyət işçisi, prodüser Nadir Əliyev, sənətkarın ailə üzvləri adından Əməkdar jurnalist Nadejda İsmayılova çıxış edərək Rafis İsmayılovun Azərbaycan mədəniyyəti qarşısında xidmətlərini qeyd etdilər, onun yaradıcılığının hər zaman örnək olacağını diqqətə çatdırdılar.

Vida mərasimində Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Film, video və videooyunlar sektorunun müdiri Günay Rəhimova da iştirak etmişdir.