Azərbaycan incəsənətinə ağır itki üz verib. Əməkdar incəsənət xadimi Zaur Məhərrəmov vəfat edib.
Z.Məhərrəmov tamaşaçıların sevə-sevə baxdığı “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Qızıl qaz”, “Üzeyir ömrü”, “Tənha narın nağılı” və s. bədii filmlərin quruluşçu operatoru olmuş, rejissor kimi bir çox sənədli filmləri lentə almışdır.
Azərbaycan Dövlət Film Fondu görkəmli kino xadiminin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!