Rauf Nağıyev – 85

Rauf Nağıyev 1940-cı ildə anadan olmuşdur. A. Zeynallı ad. Bakı xüsusi ixtisaslı musiqi məktəbini (1962), M.Əliyev ad. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib (1967). 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1969-cu ildə “Mosfilm” kinostudiyasında kinorejissorluq üzrə təkmilləşmə kursu keçmişdir. Əvvəllər bədii filmlər üzrə rejissor assistenti, ikinci rejissor işləmiş, iki qısametrajlı bədii filmə – “Fantaziya” fotosu” (1970) və “Bədbəxtliyin astanasında” (1977) kinolentlərinə quruluş vermişdir.

1974-cü ildən sənədli filmlər rejissoru kimi fəaliyyət göstərməyə başlayıb. “Səadət naminə” (1974), “Müqəddəs borc”, “Mən fəhləyəm”, “Maestro Niyazi”, “Səmaya pilləkən”, “Zirvəyə yol”, “Ağ atlı oğlan haqqında nağıl”, “Ağlar-güləyən”, “Ölü zona”, “Uşaqlar ittiham edir”, “Fövqəladə vəziyyət”, “Qəsd” və b. sənədli filmlərin rejissoru, əksər filmlərinin həm də ssenari müəllifidir.

Rauf Nağıyev Azərbaycanın Dövlət mükafatı laureatıdır.