Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibətilə filmlər nümayiş olunacaq

10–13 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə Nizami Kino Mərkəzində yazıçının ssenari müəllifi olduğu filmlərin retrospektiv baxışı keçiriləcək.

Giriş sərbəstdir.

Proqram:

▪️ “Bizim Cəbiş müəllim” — 10.09 | 17:00

▪️ “Uşaqlığın son gecəsi” — 11.09 | 16:00

▪️ “Truskavetsə kim gedəcək?” — 12.09 | 16:00

▪️ “Dəniz” — 13.09 | 16:00