Azərbaycan Dövlət Film Fonduna şəxsi arxivdən yeni fotosənədlər daxil olmuşdur. Təqdim olunan fotosənədlər 1974-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Qatır Məmməd” filminin çəkiliş prosesini əks etdirir.
Fotoşəkillərdə Xalq artisti, filmin quruluşçu rejissoru Rasim Ocaqovun və çəkiliş qrupunun digər üzvlərinin nadir görüntülərinə rast gəlmək mümkündür. Yeni əldə olunmuş fotosənədlər Azərbaycan kino tarixinin öyrənilməsi baxımından əhəmiyyətli rola malikdir.








